Əlaqə Arxiv
news Image
2012.04.23
12:54
| A A A
Kənan İmirzalıoğlu estafeti Azərbaycan aktyorlarına verir
“Acı həyat” Azərbaycanda!

 Serialda əsas rollardan birini meyxanaçı Tərlan Dağlı və Gültəkin Aslanova ifa edir. Bundan başqa, aktyor Vüqar Nəcəfov, aktrisa Günay Balabəyova, o cümlədən "Azəri Top-model" müsabiqəsinin iştirakçısı Nərminə Ramazanova çəkilirlər.

Onu da qeyd edək ki, model N.Ramazanova seriala təzəlikcə təklif alıb. O, bu barədə Movqe.Az-a özü deyib: "Seriala çəkilmək üçün yenicə təklif aldım", - N.Ramazanova dedi.

Serialın baş rejissoru Mehmet Can, rejissorları Abdul İsayev və Jalə Rəhimlidir.

Məlumat üçün bildirək ki, Azərbaycanda çəkiləcək serial 2007-ci ildə Türkiyənin ən çox izlənilən "Acı həyat" serialının ssenari əsasında hazırlanır. Həmin serialda əsas rolun ifaçısı olan model və aktyor Kənan İmirzalıoğlu (serialda Mehmet rolu ilə tanınırdı) türkiyənin reytinq siyahısında ilk beşlikdə yer aldığı üçün müxtəlif janrda bədii filmlərə və seriallara təkliflər almağa davam etdi.

Fuad Mədətov

Movqe.Az

Sizin Reklam Yeriniz