news Image
2016.10.14
15:46
| A A A
Aysel türkiyəli məşhurun klipinə çəkildi – fotolar

Aparıcı, aktrisa Aysel Nazim türkiyəli müğənni Barış Kömürcüoğlunun klipinə çəkilib.

Movqe.az xəbər verir ki, bu haqda Axşam.az-a aktrisanın özü xəbər verib.

O bildirib ki, klipə Bakıda da təqdimat keçiriləcək:

“Bu Barış Kömürcüoğlu ilə dicey Kanun Yıldırımın layihəsidir. Azərbaycan mahnısı üzərində işləyiblər. Hər kəsin sevdiyi bir mahnıdır, yeni aranjimanda təqdim ediləcək. Klip çəkilişləri Almaniyada oldu. Yaxın günlərdə Türkiyədə, daha sonra isə Bakıda təqdimat ediləcək”.