Əlaqə Arxiv
news Image
2012.04.23
19:28
| A A A
Nigar Camal Simulyatoru sınaqdan keçirdi - FOTOSESSİYA
“Getməyinə icazə verə bilmərəm”

Movqe.Az xəbər verir ki, bu gün "Eurovision-2011"in qalibi, "Yol Hərəkəti Təhlükəsizliyinin Təmin Edilməsi üzrə Onillik Fəaliyyətlər Dövrü"nün sülhməramlı səfiri olan Nigar Camalın iştirakı ilə "Həyat" Humanitar Təşkilatı "5 milyon həyat xilas edə bilərik!" şüarı altında tədbir küçirildi. Tədbirdə "Yol qəzası simulyatoru" ("Seatbelt Slide") aparatının və Nigar təhlükəsizlik kəmərlərinin taxılmasını təbliğ edən "Can not let you go" ("Getməyinəicazəverə bilmərəm") adlı mahnısına çəkilən klipin nümayişi oldu.

Həmçinin tədbirdə iştirak edən Gürcüstanın "Eurovision-2012" təmsilçisi Anri Coxadze çıxış etdi. O, hamı yol hərəkəti qaydalarına riayət etməyə səslədi. Daha sonra A.Coxadzenin eyni mövzu əsasında çəkimiş video çarxı təqdim olundu.

Tədbirdən sonra isə Nigar və Anri "Yol qəzası simulyatoru" ("Seatbelt Slide") aparatını sınaqdan keçirdilər.

Qeyd edək ki, tədbirdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının sədri Azər Allahverənov, Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisiİdarəsinin şöbə rəisi Kamran Əliyev və Avtomobillərin Beynəlxalq Federasiya Fondunun rəsmi nümayəndəsi Dmitriy Sambuk iştirak edirdilər.

Fuad Mədətov

Movqe.Az


























FOTO: Fuad Mədətov

Sizin Reklam Yeriniz