Əlaqə Arxiv
news Image
2016.11.18
15:11
| A A A
3 ay evli qalıb, boşanmağa məcbur qalan ATV aparıcısı: "Biz elə ayrılmamışıq ki, ona salam verim"

106 FM radiosunun gənc proqram direktoru, tanınmış aparıcı Nurlana Cəfərova şəxsi həyatı ilə bağlı sualları cavablandırıb. Movqe.az xəbər verir ki, big.az-a boşanma xəbəri barədə son dəfə aydınlıq gətirəcəyini deyən aparıcı cəmi 3 ay eks həyat yoldaşı ilə birgə yaşadığını etiraf edib: 

" Əslindəşəxsi həyatımla bağlı danışmağı sevmirəm, sadəcə sual verdiniz deyə hörmətsizlik etmirəm. Heç kim istəməz ki, qurduğu ailəsi 3 aya dağılsın və ya ümumiyyətlə dağılsın. Elə səbəblər var ki, insan ona göz yuma bilmir. Mən yetərincə özüməgüvənən və qürurlu xanımam. Mən onunböyük sevgisinə aldanıb, ailə qurmuşdum. Amma aramızda anlayış olmadı və mən aldandığımı anladım".

"Ayrılığa xəyanətmi səbəb oldu" sualına aparıcı xanım belə cavab verib: 

" Yox. Xəyanət olmadı, sadəcə alınmadı. Cəmi 3 ay evli olduq, sonra isə ayrıldıq. Ayrılıq müddətimiz beş ay çəkdi, çünki o məndən ayrılmaq istəmirdi. 

"Hazırda o insana qarşı içinizdə hansı hiss var, görəndə salam verirsinizmi" sualına N. Cəfərova belə cavab verib: 

"Ona hissiyatım sıfırdır. Nə sevgi, nə də nifrət... Mən o insanı tanıram, görmürəm. Onu görəndə salam vermirəm çünki, biz elə ayrılmamışıq ki, mən ona salam verim".

Sizin Reklam Yeriniz