news Image
2016.11.29
20:30
| A A A
Xatirə: "Ərim toyda mənə aldığı qızılların pulunu 1 il işləyib, ödəyib"

Müğənni Xatirə İslam “Hər şey daxil” verilişində qonaq olub.

Movqe.az xəbər verir ki, sənətçi toyu ilə bağlı maraqlı etiraflar edib. O ərə gedəndə həyat yoldaşı onun üçün istədiyi bütün qızılları alıb: 

“Cehiz hər şey aparmışam, ürəyiniz nə istəyir. Bu gündə xəbərim yox idi, mövzu nə idi. Nişan üzüyüm barmağımdadır. Mən xoşlayıram ki, bir dənə olsun, amma yaxşı olsun. Boyunbağımda var. Çox şeyim olmasa da. Mən seçdiyimi yoldaşım alıb. Yalan danışmağı xoşlamıram, mənim yoldaşım mənim toyumda onları alandan sonra 1 il işləyib ödəyib. Artıq o onun problemidir. Mənə elə gəlir ki, almalı idi. Xanım həmişə qiymətləndirilməlidir. İstər dostları, istər həyat yoldaşə tərəfindən. Yalandan durub danışım ki, yoldaşım mənə gündə bir qızıl alır. Xeyir, toyda aldı, vəssalam. Bir də ad günümdə bir dəfə nazik boyunbağı alıb.
Bizi elə məclislərə dəvət edirlər ki, təmənnasız gedib iştirak edirik. Elə mədəni dostlarımızda var ki, görür xanımdır qızılla onun zəhmətini qiymətləndirir".

Sənətçi oğlunun vərdişindən də söz açıb: 

"Bu gün bir video çəkmişəm, hələ paylaşmamışam. Bir sırğam var , onu 2 saat axtarmışam, tapa bilmədim bir tayını. Emilin bir balaca çamadanı var. Hər yerə gedəndə onu özü ilə aparır. Kimin evində nəsə xoşuna gəlirsə qoyur ora, evə gələndə sağa-sola baxır, sonra deyir ana bax gör nə gətirmişəm. İndi baxıram ki, sırğa da oradadır". 

Xatirə: "Ərim toyda mənə aldığı qızılların pulunu 1 il işləyib, ödəyib". /big.az/

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs