news Image
2012.04.24
12:09
| A A A
Zülfiyyə Xanbabayeva pərəstişkarlarının suallarını cavablandırıb – FOTOSESSİYA
Xalq artistinin Dənizinin video-çarxı var

Xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva pərəstişkarları ilə görüşüb. Bu barədə Movqe.Az xəbər portalına təşkil olunan görüşün layihə rəhbəri Sahilə Qurbanova məlumat verib. Layihə rəhbərinin sözlərinə görə, təşkil olunan görüş həm müğəninin, həm də pərəstişkarlarının ürəyincə olub. S.Qurbanova, görüşün təfərrütını bizimlə bölüşdü: "Pərəstişkarlarının ünvanladığı sualları cavablandıran müğənni Zülfiyyə Xanbabayeva sonra layihənin qaydalarına əsasən, suallarını, ona olan istəklərini daha çox bəyəndiyi iki pərəstişkarı ilə canlı görüşdü və onlarla maraqlı anlar keçirdi. Kumirləri ilə görüşmək sevinci pərəstişkarlardan Ülkər Aydəmirova və Gülşən Fərzalıya nəsib oldu. Onlar sevdikləri müğənni ilə görüşdə ürəkdolusu söhbət etdi, fotoşəkillər çəkdirdilər. Görüş üçün seçilən pərəstişkarlara gəldikdə, xalq artisti bu iki pərəstişkarın mahnılarından dilə gətirdikləri sevgi, heyranlıq hisslərinə biganə qala bilmədiyindən, Ülkər və Gülşənlə görüşdü. Müğənniyə ünvanlanan ən maraqlı suallardan biri də Türkan adlı pərəstişkarın ünvanladığı "Qızınızı kliplərinizdən birinə çəkməyi düşünürsünüzmü?"-sualı oldu. Müğənni bu suala, "İstəmirəm. Bu haqda heç düşünməmişəm. Amma qızımın özünə aid video-çarxı var", - cavab verdi", - layihə rəhbəri bildirdi.

Qeyd edək ki, xalq artisti, müğənni Zülfiyyə Xanbabayeva elektron poçt vasitəsiylə göndərilən sualları cavablandırıb və müğənni özü iki nəfəri qalib seçib. Həmin qaliblərlə də görüş təşkil olunub.

Fuad Mədətov

Movqe.Az






Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs