news Image
2016.12.01
17:35
| A A A
31 dekabrda Bakı Olimpiya Stadionunda “HADİSƏ” olacaq

Bakı Olimpia Stadionunun təşkilatçılığı ilə 31 dekabr tarixində, Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş "Ən Yeni İl" konserti keçiriləcək. Konsertlə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verilib.  Movqe.azModern.az xəbər verir ki, konsert proqramında yerli ulduzlar Röya və Miri Yusif ilə yanaşı, türk estradasının ulduzları Hadisə, Demet Akalın, Murad Dalkılıç, Berksan, Ozan Doğulu, məşhur Dj-lər Cemre və Mahmut Orhan da çıxış edecek.
 
Konsertdə əlavə olaraq lotereya təşkil olacaq. Lotereyada AAAF Park Yaşayış Kompleksində mənzil, SEAT Azərbaycan tərəfindən 2 ədəd avtomobil və " Hell" tərəfindən Macarıstana 2 nəfərlik səyahət hədiyyə ediləcək. Hər bir biletin sahibi lotereyada iştirak edə biləcək.
Biletlərin qiyməti 9 AZN (standart bilet) və 100 AZN ("qızıl halqa") təşkil edir. "Qızıl halqaya" ayrı giriş və çıxış, furşet və səhnəyə ən yaxın yerlər daxildir.
 
Biletləri iticket.az saytı vasitəsi ilə, şəhərin mərkəzləşdirilmiş kassalarından və asan xidmət mərkəzlərindən əldə etmək olar. Konsertlə bağlı metro uzaldılmış iş rejimində işləyəcək.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs