Əlaqə Arxiv
news Image
2016.12.05
11:47
| A A A
Orxan Ölməz bıçaqlandı, vəziyyəti ağırdır

Türkiyəli müğənni Orxan Ölməz qonşuları tərəfindən bıçaqlanıb.

Movqe.az  Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi qonşularının səs-küyündən narahat olurmuş. İçkili halda səs-küy salan qonşularına yaxınlaşan ifaçı "Köçürsünüzsə, kömək edim" deyib.

Bundan əsəbiləşən qonşular müğənninin arxasıyca düşüblər. Avtomobilinə minən Orxanın yanına gələn 4 nəfər onun boğazını sıxıb və 5 bıçaq zərbəsi endiriblər. İfaçı təcili xəstəxanaya çatdırılıb. Polis cinayətkarların axtarışına başlayıb

Sizin Reklam Yeriniz