Əlaqə Arxiv
news Image
2016.12.06
14:37
| A A A
"Qışda 6 palto, 3 əlcək geyinirəm..." - Əməkdar artistin bu sözləri ŞOK ETDİ

Əməkdar artist Tünzalə Ağayeva sevgidən söz açıb.

Movqe.az  xəbər verir, o bu barədə "ATV maqazin onlarla" verilişində danışıb. 

Sənətçinin sosial şəbəkədə etdiyi paylaşımı diqqətləri onun şəxsi həyyatını yönəldib. Bu status qızı Fidanın da marağına səbəb olub:

"Qızım zəng edib deyir ki, ana nəsə baş verib? Maraqlı status yazmısan. Yaxşı bir cümlə idi, xoşuma gəldi, mən də paylaşdım. Burda nə var ki? Orda özümə aid nəsə tapdım. Məni duyğulandıran məqam və insanlar var".

Sevgidən danışan müğənni həyatında kiminsə olduğunu da inkar etməyib: 

"Son "Güzgü" mahnısını hirslənib yazmışam. "Bu güzgüyə bir vaxt qoşa baxardıq" arxasını soruşmayın, qoy belə qalsın". 

Sənətçi yol üstündə olduğunu bildirib. Belə ki, Ağayeva Moskvaya yola düşür: 

"Qardan elə qorxuram. İliyimə kimi üşüyürəm, sümüklərim göynəyir, soyuğa dözümüm yoxdur. Küçədə yaşayanlara oxşayıram. Məni tanısanız sevinərəm, 6 dənə palto, 3 dənə əlcək geyinirəm. Məni il boyu isti olan ölkələrə göndərsələr yaşayaram orada. /big.az/

3 ya 4 il olar getmirəm Moskvaya, darıxmışam. Çox sağ olsun hörmətli Leyla Əliyeva, onun rəhbərlik etdiyi "Amor" təşkilatının Rusiya-Azərbaycan gənclərinin 10 illik tədbirində "Crocus city"də çıxış edəcəyəm. 

Sizin Reklam Yeriniz