Əlaqə Arxiv
news Image
2016.12.07
15:15
| A A A
Elza: "Nəyisə səhv edəndə barmaqlarımı qarmona sıxırdı" - VİDEO

"Nənəm Bakıdan mənə 72 manata qarmon almışdı. 3 ay nənəmgildə qaldım. Dayım çox gözəl qarmon ifaçısı idi. Mənə dedi ki, otur yanımda və tələbələrimə nə öyrədirəmsə, əlimə bax təkrarla. Uşaqlar gedəndən sonra isə dayım məni yanında otuzdurub dərsi təkrarlamağımı istəyirdi. Nəyisə səhv edəndə barmaqlarımı qarmona sıxırdı".

Movqe.az xəbər verir ki, bu sözləri əməkdar artist Elza Seyidcahan "ARB TV"də yayımlanan "Ömrün fəsilləri" verilişində deyib. 

Müğənni bildirib ki, dayısı ona efirə çıxmağa icazə vermirmiş:

"Nənəmə görə dayım üstümə qışqıra bilməzdi. Sonralar mən efirə çıxanda edib tənbehlədi ki, gələcəm sizə niyə efirə çıxmısan? Deyirdi ki, otur bəstəkarlığını elə. Qorxudan işıqları söndürüb, evdə otururdum. 

Anam gördü ki, artıq mahnı bəstələməyə başlamışam. Gedib mənə kreditlə piano aldı. Mənsə qarmon istəyirdim. Ağlaya-ağlaya qonşuların qapısını döyürdüm ki, anamın fikrini dəyişsinlər. Anam heç kəsin sözünə qulaq asmadı. Dedi, bu qız bəstəkar olacaq, ona görə notları bilməlidir. Bu günə görə anama minnətdaram".

Sizin Reklam Yeriniz