Əlaqə Arxiv
news Image
2017.01.11
15:28
| A A A
Günaya haker hücumu - 730 minlik səhifəsi sındırıldı

Müğənni Günay İbrahimlin haker hücumuna məruz qalıb.

Movqe.az qafqazinfo.az-a istinadən xəbər verir ki, sənətçinin 734 min izləyicisi olan instaqram profili ələ keçirilib.

İbrahimli mövzu ilə bağlı açıqlama yayıb:

“Hörmətli media nümayəndələri, mənim pərəstişkarlarım. Mənim 734 minlik instaqram profilim bir neçə saat bundan əvvəl hakerlər tərəfindən ələ keçirilib. Bu məlumatı ona görə sizə bildirirəm ki, profilimin yoxluğu hər kəsi narahat edib.

Mövzu ilə bağlı bizə çox müraciət edirlər, narahatlığını dilə gətirirlər. Hazırda komandam hesabımı geri qaytarmaq üçün əlindən gələni edir. Bununla bağlı sosial şəbəkə idarəçiliyinə müraciət olunub. İnanırıq ki, hər şey öz həllini tapacaq. Həmçinin, bunu edən şəxslər qanun qarşısında cavab verəcək. Diqqətinizə görə təşəkkür edirik”.

***

G. İbrahimlinin instaqram profili geri qaytarılıb. 

Günaya haker hücumu -  730 minlik səhifəsi sındırıldı

Sizin Reklam Yeriniz