news Image
2017.01.11
18:15
| A A A
Maykl Ceksonun bacısı müsəlman oldu - fotolar

Bir neçə həftə əvvəl ana olan müğənni Canet Cekson islam dinini qəbul edib.

Movqe.az-ın  məlumatına görə, ötən ilin son aylarında hicab geyinərkən görüntülənən Canetin müsəlman olduğu deyilsə də, xəbərlər əsasını tapmamışdı.

Lakin bir neçə gün əvvəl məlum olub ki, 2012-ci ildə müğənni ilə evlənən ərəb biznesmen və milyarder Vissal-əl-Mana o vaxtdan bəri Caneti müsəlman olmağa dəvət edirmiş. Müğənni isə xristianlıqdan imtina etməsə də, açıq-saçıq libasları və tünd makiyajı azaldıb.

Mərhum müğənni Maykl Ceksonun bacısı olan Canet bu yaxınlarda müsəlman olub. 

Bu günlərdə onların yeni doğulan körpələrinin adqoyma mərasimi keçirilib. Uşağın qulağına Azan oxunub və iki qoyun qurban kəsilib. /axşam.az/
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs