Əlaqə Arxiv
news Image
2017.01.16
16:45
| A A A
Kıvançın yeni reklamdan gəliri heyrətləndirdi

Hazırda çəkildiyi "Cesur ve Güzel" serialından həftədə 130 min lirə (təxminən 65 min manat) qazanan Kıvanç Tatlıtuğ yeni reklama çəkilmək üçün müqavilə bağlayıb.

Movqe.az milli.az-a istinadən bildirir ki, 3 il boyunca bir cins geyim markasını reklam edən Tatlıtuğ bundan 1 milyon 750 min dollar qazanmışdı. Həmin marka daha sonra Serenay Sarıkaya və Kərəm Bürsini, daha sonra isə İlker Kalelini (1 milyon lirəyə) sima seçmişdi.

Brend geyim firması bu il yenidən Kıvançla işləmək qərarına gəlib. Aktyor bu reklamlardan 2 milyon dollar qazanacaq.

Qeyd edək ki, Kıvanç bununla da builki qazancını 7,5 milyon lirəyə (təxminən 3,8 milyon manat) çatdırıb.

Sizin Reklam Yeriniz