Əlaqə Arxiv
news Image
2017.01.23
11:05
| A A A
Səbinə: "Azərbaycan estradası sıfırdır, Röyalaşma gedir"

“Eurovision 2012" təmsilçimiz Səbinə Babayeva "Xəzər maqazin"ə sərt açıqlamalar verib.

Movqe.az  xəbər verir ki, müğənni öz həmkarlarını tənqid edib:

"Azərbaycan estradası sıfır dərəcədə dayanır. 30 il bundan öncə Bakıda başqa musiqi var idi. Nə qədər olar eyni stil, eyni 6/8 ritmində mahnılar. Hamı çalışır türk, iran oxşar bir şey oxusun. Əgər albom çıxarırsınızsa, 12 mahnı və bu 12 mahnı toy ritmində olmamalıdır. Heç olmasa Vaqif Gərayzadəyə, Faiq Sücəddinova, Eldar Mansurova müraciət edin, qoy heç olmasa albomda iki mahnınız sırf estrada mahnısı olsun". 

Sənətçinin fikrincə artıq şoubiznesdə "Röya"laşma gedir:

"Görürsən ki, təzə müğənni gəlir, o da Röyanı yamsılayır. Başqasının simasıyla özlərini təqdim etmək istəyirlər. Deməli özləri sıfırdırlar. Röyanı yamsılayaraq tanınmaq, sevilmək istəyirsən. O Allahdan gələn bir şeydir".

big.az

Sizin Reklam Yeriniz