Əlaqə Arxiv
news Image
2017.01.24
12:36
| A A A
"Əli Mirəliyev məni Azərbaycanda məşhur etdi" - Səməd Səmədov

“ARB Ulduz”da yayımlanan “Şou-məkan” proqramının növbəti qonağı xalq artisti Səməd Səmədov olub.

Movqe.az-ın məlumatına görə, müğənni bildirib ki, artıq əvvəlki qədər toya getmir:

“Hər şey artıq 30 ildir ki, nəzarət altındadır. Ayrı cür ola da bilməz. Sadəcə toylar azalıb. Bunu tək mən demirəm, hamı şikayət edir.

Bu yaxınlarda Moskvaya getmişdim. Orda olduğumu xəbər tutanlar toylarına, ad günlərinə çağırdılar".

S.Səmədov gənc müğənnilərlə bağlı etiraf edib:

"10 il bundan qabaq oğlumun qarşısına 4-5 disk qoydum: Elton, Elnur, Zamiq, Ayaz. Dedim, “bunlar sənin atanı da, kralı da məhv edəcəklər”. Elə də oldu. Onlar gələndə özümü narahat hiss etdim. Çox güclü və istedadlı idilər.

30 il fəaliyyət göstərmişəm, məni əgər 50 faiz adam tanıyırdısa, Əli Mirəliyevlə qalmaqaldan sonra hansı rayona gedirəm, maşından düşürəm, hansı dükana girirəm, hamı başıma yığılır. Əli Mirəliyev məni bütün Azərbaycanda məşhur etdi”.

 

axşam.az

Sizin Reklam Yeriniz