Əlaqə Arxiv
news Image
2017.02.01
12:26
| A A A
"Elə tərbiyə görməmişəm ki, küçədə kimləsə tanış olum"

ARB TV-nin "Ömrün fəsilləri" verilişinin növbəti qonağı xalq artisti Təranə Muradova olub.

Movqe.az axşam.az-a istinadən  xəbər verir ki, rəqqasə həyat yoldaşı ilə tanışlığından söz açıb:

"Filarmoniyaya gəldiyim ilk ildə yoldaşım da ora ilə üzbəüz yaşayırdı. Mən məşqə gələndə məni gördü, yaxınlaşıb tanış olmaq istədi. Mən də belə tərbiyə görməmişəm ki, küçədə tanış olum. Onunla kobud danışdım. Filarmoniyaya girəndən sonra tez-tez bu insanla rastlaşırdım. Sonradan öyrəndim ki, tanınmış rəqqasə Roza Cəlilova onun bacısıdır. O, Filarmoniyanın qapısına gəlib bacısına dedi ki, orada bir qız xoşuma gəlib. İndiyə qədər aramızda böyük bir məhəbbət, dostluq var. O, insan mənim üçün hər şeydir".
 
T.Muradova nənə olmasından söz açıb:

"Nənə olmaq gözəl hislərdir. Mən çətin həyat yaşamışam. Hər şeyə çətinliklə nail olmuşam. Uşaqlarımdan sənətə heç kim gəlmədi. İncəsənətə məhəbbət olmalıdır, amma onlarda olmadı. Nəvəmin istedadı olsa, davam edər. İndi onunla məşğul oluram arada. 10 aylıq olmasına baxmayaraq, çox yaxşı edir hərəkətləri. Qızım da deyir ki, arzuna çatdın, nəvən gələr sənətə".

Sizin Reklam Yeriniz