news Image
2017.02.01
15:37
| A A A
Tuba Büyüküstün niyə boşanır?

Aktrisa Tuba Büyüküstün və aktyor Onur Saylakın boşanma xəbəri müxtəlif şayiələrin yayılmasına səbəb olub.

Movqe.az milli.az-a istinadən bildirir ki, Tuba ərinə xəyanət edib. Tez-tez Yaxın Şərqə, ərəb ölkələrinə səyahət edən aktrisanın orada ərəb iş adamı ilə münasibətdə olduğu deyilir. Bu yaxınlarda Dubayda ərəblər tərəfindən mükafatlandırılan Tuba həmin səfəri zamanı da ərəb biznesmenlə görüşüb.

Sosial mediada digər səbəbin Tubanın "Cesur ve Güzel"dəki tərəf-müqabili Kıvanç Tatlıtuğ olduğu deyilir. Kıvançın fanatları "Mən də onunla seriala çəkilsəm, boşanardım" kimi zarafatla şərhlər yazıblar.

Qeyd edək ki, ilkin versiyalara görə, son zamanlar Tuba və Onurun evliliyində yaranan problemin aldıqları serial təklifi ilə bağlı olub. Belə ki, əkiz uşaqları olan cütlük seriallara hər zaman növbəylə çəkilirdilər. Biri hansısa layihədə yer alırdısa, digəri uşaqlarla maraqlanırdı. Büyüküstün "20 dakika" və "Kara para aşk" seriallarında yer alanda əri işsiz qalmışdı. Eləcə də, Onur "Hatırla gönül"ə çəkiləndə Tuba ekranlardan uzaqlaşmışdı. Bu dəfə isə Tuba "Cesur ve Güzel", Onur "Vatanım sensin" serialından gələn təklifləri qəbul edərək aralarındakı razılaşmanı pozublar. Bundan sonra aralarında mübahisə yaranan tərəflər boşanmağa qərar veriblər.