Əlaqə Arxiv
news Image
2017.02.08
15:30
| A A A
Xanəndələr Canəli Əkbərovu qınadı: "Elə sözlər var ki..."

Canəli Əkbərovun Beynəlxalq Muğam Müsabiqəsinin münsiflərini təhqir etməsi muğam ifaçıları tərəfindən birmənalı qarşılanmayıb. Xanım xanəndə Gülüstan Əliyeva Movqe.az-a açıqlamasında Canəli Əkbərovu mediaya öz sənət yoldaşlarını təhqir edən açıqlamalar verməkdə qınayıb: “Elə sözlər var ki, onları demək, dilə gətirmək olmaz. Bəzi məsələlər var ki, onları mediaya çıxartmaq, danışmaq düzgün hərəkət deyil. Fikrimcə, Canəli Əkbərov da deyilməli olmayanları mətbuata danışıb. Əlbəttə, mən bu mübahisələri, bu qalmaqalı mətbuatdan oxuyanda çox böyük təəssüf hissi keçirdim”.


G. Əliyeva onu da bildirib ki, bu cür qalmaqallar muğam ifaçılarının adına yaraşmır: “Biz digər janrda ifa edən müğənnilərdən həm də sanballı davranışımızla seçilirik. Muğam ifaçıları heç vaxt qalmaqalla gündəmə gəlməyiblər. Biz sənətimizlə həmişə gündəm yaratmışıq. Bu imici də qorumalıyıq”.
Xanəndə  Təyyar Bayramov isə Beynəlxalq Muğam müsabiqəsinin münsiflərin bu cür mübahisə obyektinə çevrilməsindən təəssüfləndiyini bildirdi: “Mən yaşda kiçik olduğum üçün özümdən böyük sənətkarları ittiham edə bilmərəm. Amma onu deyim ki, Mənsum İbrahimov bu gün bu sənətdə tanınan çox xanəndəyə atalıq qayğısı göstərib. Mənsum İbrahimov barədə o cür fikirləri eşitmək mənim üçün əlbəttə ki xoş olmadı. Çünki, bu insan məni həm bu sənətə gətirib, həm də ustadım olub. Bircə onu bilirəm ki, deyilənlərin heç biri Mənsum müəllimə yapışmayacaq. Xalqın gözü tərəzidir. Hər kəs ağı qaradan yaxşı seçə bilir”.

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz