Əlaqə Arxiv
news Image
2017.02.20
18:19
| A A A
Məşhurlar Şahin Zəkizadə üçün göz yaşı tökdülər

ARB TV-də yayımlanan “Gəlin danışaq” verilişində qonaq olan aktrisalar - Pərvin Abıyeva, Vəfa Zeynallı, müğənni Roza Zərgərli və aparıcı Xədicə Sənanqızı bir neçə gün öncə vəfat edən rejissor Şahin Zəkizadə ilə bağlı xatirələrini bölüşüblər.

Movqe.az BAKU.WS-ə istinadla xəbər verir ki, rejissorun ölümü verilişin qonaqlarını göz yaşlarına boğub. 

Qeyd edək ki, Şahin Zəkizadə uzun müddət qan xərçəngindən əziyyət çəkib. Onun vəziyyəti qısa zaman ərzində yaxşılaşsa da, xəstəliyi yenidən geri qayıdıb. Rejissor fevralın 17-də dünyasını dəyişib. Onun iki övladı - qızı və oğlu var.

Sizin Reklam Yeriniz