Əlaqə Arxiv
news Image
2017.02.21
18:59
| A A A
İlhamə Quliyevanın sirri açıldı

Mərhum xalq artisti İlhamə Quliyevanın fevralın 25-i ölümünün bir ili tamam olur. İl mərasimi “Təzə Pir” məscidində baş tutacaq. Movqe.az xəbər verir ki, bu haqda sosial şəbəkədə Tarix(Tolik) Əliyev yazıb: 

“Allah İlhamə xanıma rəhmət eləsin! Bu bir il ərzində İlhamə Quliyeva haqqında çox danışanlar gördüm. İnanın ki, hər gün İlhamə Quliyevanın yanında olmurdum, amma onun ən böyük məclislərinin, tədbirlərinin, Orxan Nadirovun toyunun təşkilatçısı şəxsən mən olmuşam. Hətta Orxanın “Meredian” şadlıq sarayında baş tutan toyuna pulu ikimizin yaxın dostu ödəmişdi. Allah İlhamə xanıma rəhmət eləsin! 

Məni tanıyan hər kəsi fevralın 25-də “Təzə Pir” məscidində İlhamə xanımın yas mərasimində gözləyirik. Məncə, ayın 25-dən sonra İlhamə Quliyeva söhbəti də bağlanacaq. Kaş İlhamə Quliyevada olan təmizlik, qadınlıq, baxımlılıq, onun arxasınca danışan arvadlarda olaydı...”

Sizin Reklam Yeriniz