Əlaqə Arxiv
news Image
2017.02.21
20:10
| A A A
İlhamə Quliyevının il mərasimi ilə bağlı-QALMAQAL

Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva ilə oğulluğu Orxan Nadirov arasında gərginlik yaşanır.  Buna səbəb il mərasimini Orxan Nadirovun fevralın 24-də “Heydər” məscidində, Gülbahar Quliyevanın isə fevralın 25-də “Təzə Pir” məscidində keçirməsilə bağlı fikir ayrılığıdır. 

Orxan Nadirov açıqlamasında mərhumun il mərasimini fevralın 24-də keçirməsi səbəbini açıqlayıb: “Bu günə qədər yas mərasimlərini mən vermişəm. Bu, övladlıq borcumdur. Öz borcumu yerinə yetirirəm. 

Dünya malı dünyada qalır, heç kim heç nə aparmır. Mən il mərasimini fevralın 24-də “Heydər” məscidində edəcəm.  Bu tarix beşinci günə düşdüyünə görə belə qərara gəldik”.

Orxan Nadirov Gülbahar xanımla münasibətindən də danışıb: “Düşmənçilik etməmişəm, etmək fikrim də yoxdur. İnsan bu dünyadan köçəndə rəhmət aparmalıdır. İl mərasimi verməkdə məqsədim valideynim qarşısında borcumu yerinı yetirməkdir. Məni o insan böyüdüb, təhsil verib, toyumu edib, çətin və xoş günlərimdə yanımda olub. Bizim valideyn-övlad münasibətindən başqa, dostluq münasibətimiz də vardı. Ona yas mərasimi vermək borcumdur”.

Xalq artisti İlhamə Quliyeva ötən il  fevralın 25-də 72 yaşında vəfat edib. 

Sizin Reklam Yeriniz