Əlaqə Arxiv
news Image
2017.02.23
17:36
| A A A
Xoşqədəmə MRŞ-dan: "Onun üzərində şou yaratmağa..."

Təəssüflər olsun ki, bayağı, xüsusən də şou müğənnilərin iştirakı ilə olan verilişlər hələ də efirdə qalır.

Movqe.az xəbər verir ki, bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Unikal.org-a ötən gün verdiyi geniş müsahibədə deyib.

MTRŞ sədri bildirib ki, efirlərdə sosial xarakterli problemlər də var:

“Biz MTRŞ olaraq hər zaman sosial problemli insanlar üzərindən şou yaradılmasının əleyhinə olmuşuq. Yəni fiziki cəhətdən qüsurlu olan, öz hüquqlarını bilməyən, sosial problemli insanlar üzərində şou yaratmaq halları efirlərdə var. Şura hətta müəyyən insanların axtarışı ilə bağlı olan verilişlər üçün öz narahatlığını gizlətmir. Çünki insanların axtarılması fövqəladə hallarda ola bilər. Onları axtarmaq normaldır. İndiki zamanda insan ağlı başında ola-ola ölkəni tərk edib başqa ölkəyə gedirsə, indi də durub onları axtarırlarsa, hesab edirəm bu, o qədər də vacib deyil. Çünki həmin insanlar özləri gediblər. Onun üzərində şou yaratmağa heç bir əsas yoxdur”.

Sizin Reklam Yeriniz