Əlaqə Arxiv
news Image
2017.02.24
15:45
| A A A
Aygündən Floraya CAVAB: "O, artıq İlhaməsiz yaşaya bilmir..."

Xəbər verdiyimiz kimi Zeynəb Xanlarova və Flora Kərimova qalmaqalında Aygün Kazımovanın da adı hallanıb. Kazımovanın SSRİ xalq artisti Zeynəb Xanlarovanı sənət aləminin ən ali zirvəsində görməsi və onu sənətkarlığını sevməsini dilə gətirməsi Kərimovanın ürəyincə olmayıb. O, Kazımovanın ünvanına xoşagəlməz sözlər deyib.Movqe.az xəbər verir ki,  İstipress-ə açıqlama verən Kazımova böyüklük göstərib və Flora Kərimovaya cavab vermək istəmədiyini bildirib:

"Mən Flora Kərimova ilə söz güləşdirmək fikrində deyiləm. Çünki ona müğənni kimi hörmətim var və anam yaşındadır. Sadəcə təəssüflə qeyd etmək istəyirəm ki, görünür illərlə İlhamə Quliyevaya açdığı savaş onun içində dərin psixoloji yara açıb. O, artıq İlhaməsiz yaşaya bilmir. Özünə yeni İlhamələr axtarır. Tapmayanda da ətrafdakı insanlardan İlhamə düzəltmək istəyir. Mən bu oyunu oynamayacağam. Çünki daha vacib işlərim var. Dediklərimin isə arxasındayam".

Sizin Reklam Yeriniz