Əlaqə Arxiv
news Image
2017.02.27
17:36
| A A A
Elnarə-Səidə QALMAQALI son həddə: "Sonu yaxşı olmayacaq"

Müğənnilər Səidə Sultan və Elnarə Xəlilova arasında qalmaqal səngimək bilmir.  Movqe.az-ın lent.az-a istinadən məlumatına görə, E.Xəlilova “Xəzər maqazin”ə həmkarı barədə açıqlama verib: “Ağzını Allah yoluna qoyub danışır. Gərək mən də ona baş qoşam, ağız-ağıza verəm. Mənə bu lazım deyil. Kimdəsə mənə qarşı qıcıq, problemi var, xoşuna gəlmirəmsə nə edim? Allah köməyi olsun. Onun haqqında danışmaq istəmirəm. Çünki sonu yaxşı qurtarmır”. 
Qeyd edək ki, S.Sultan həmkarı barədə bu sözləri demişdi: "Elə insanlardan qorxuram. Sakitləşsin, məndən əl çəksin. Deyilən söz mənə toxunanda cavab verməliyəm. Yoxsa gecə yata bilmərəm. Onun dediyi sözlər məndə elə qıcıq yaratdı ki, cavabını verməliydim. Övlad dünyaya gətirəndə insanın başı ona qarışır. O da ailəni seçdi. Biz isə sərbəst qızlar idik. Sənətlə məşğul olduq. Bu da onu qıcıqlandırır. Bu, sağlam rəqabət deyil. Qızlar işləyirlər, öndədirlər. Onun da ifritəliyi tutub ki, onlar niyə elədir, mən yox. Elə insanlardan qorxuram, beləsindən uzaq durmalısan. Kin vurub üzünə”. 

Sizin Reklam Yeriniz