Əlaqə Arxiv
news Image
2017.03.01
11:32
| A A A
Kəmalə Müzəffər "Vicdan haqqı"ndan ayrıldı - açıqlama

Əməkdar artist Kəmalə Müzəffər ATV-də yayımlanan "Vicdan haqqı" serialından ayrılıb.

Movqe.az xəbər verir ki, axşam.az-a açıqlama verən aktrisa layihədən ayrılmasının ondan asılı olmadığını bildirib:

"Günlərdir ki, tamaşaçılardan yüzlərlə mesaj alıram. Hər kəs seriala qayıtmağımı istəyir. Onu deyə bilərəm ki, serialdan ayrılmağım mənim istəyimlə baş verməyib".

K.Müzəffər əlavə edib ki, hazırda həyat yoldaşı ağır xəstədir və sabah əməliyyat olunacaq.

Qeyd edək ki, aktrisa serialda "Dilarə" obrazını canlandırır. Ötən həftə 43-cü seriyası yayımlanan ekran işində K.Müzəffər yer almayıb.

Sizin Reklam Yeriniz