news Image
2017.03.05
16:09
| A A A
Gülyaz Məmmədova oğlunu evləndirmək istəyir

Xalq artisti Gülyaz Məmmədova oğlu Ramazanı evləndirmək istəyir. 

Movqe.az-ın məlumatına görə, müğənni bu haqda "Lider maqazin"ə açıqlamasında deyib. 

O bildirib ki, artıq gəlin namizədi də var:

"Həmişə deyirəm ki, oğlumu tez evləndirim. Amma alınmır, bu övladımdan asılıdır. Mən də seçirəm, amma son qərarı özünə buraxıram. Böyüklərə qulaq assa yaxşı olar. Harda qəşəng qız görürəm onu qayınana kimi süzürəm. Mehriban, özüm kimi bir gəlin arzulayıram. Böyük-kiçik yeri bilib, ailəsini sevsin. Yoldaşı gələndə xoş üzlə qarşılayıb, yanında olsun. Gözaltı etdiyim biri var. Özümdəki bütün xasiyyətlər onda var. Əgər gəlinimin gözəl səsi olsa, onu oxumağa qoyacam".axşam.az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs