Əlaqə Arxiv
news Image
2017.03.06
14:11
| A A A
Dima Bilandan ÜZÜCÜ XƏBƏR: Təcili xəstəxanaya...

Rusiyanın məşhur müğənnisi Dima Bilan ötən gün "Krokus Siti Holl"da baş tutan mükafatlandırma mərasimində iştirak etməli olsa da, o, tədbirə gəlməyib.

Movqe.az İstiPress-ə istinadən  xəbər verir ki, tədbirdə Bilan ilə birbaşa əlaqə saxlayıblar. O, xəstəxanada olduğunu bildirib:

"Xəstələnmişəm. Mən səhhətimlə məşğul olmurdum. Bir xeyli xəstəliyimi yubatdım. Həkimlərə müraciət etmədim. Amma artıq səhhətimə vaxt ayırmağımın vaxtı yetişib".

Lakin sənətçi xəstəliyi haqda ətraflı məlumat verməyib. 

Xatırladaq ki, 2008-ci ildə Rusiyaya "Eurovision" qalibiyyəti qazandıran müğənniyə 2016-cı ildə həkimlər qastrik diaqnozu qoyub. Bu səbəbdən ifaçı xeyli arıqlamışdı. Həkimlər müğənniyə qidalanmasına diqqət etməyəcəyi təqdirdə mədə xorası xəstəliyindən əziyyət çəkəcəyi barədə məlumat verib".

Sizin Reklam Yeriniz