Əlaqə Arxiv
news Image
2017.03.14
21:22
| A A A
Ancelina Coli depressiyadan qurtuldu - FOTO

Dünyanın ən məşhur aktrisalarından biri, Hollivud ulduzu Ancelina Coli 6 övladı ilə birlikdə Londondadır.

Movqe.az bildirir ki, 41 yaşlı aktrisa 10 yaşlı Şaylo və Noks, habelə 8 yaşlı Vivyen ilə birlikdə alış-verişə çıxmışdı.

Aktrisa "Waterstone" dükanında olarkən paparassilərin kameralarından yayına bilməyib. Ancelina Coli aktyor Bred Pittlə boşanmadan sonra düçar olduğu depressiyadan, deyəsən, qurtulub.

A.Coli dünən Londonda Britaniyanın Birlik işləri üzrə Xarici İşlər Nazirliyinə yollanıb. Nazirlikdə Seksual Zorakılığın Qarşısının Alınması Fondunun (Preventing Sexual Violence Initiative (PSVI) 5 illik yubileyinə qatılıb.

milli.az

 

Sizin Reklam Yeriniz