news Image
2013.02.05
15:19
| A A A
Xeyirli övlad Adele
Movqe.Az bildirir ki, Məşhur ingilis müğənni Adele, anası Penni Adkinsə paytaxt Londonda 600 min sterlinq dəyərində bir ev hədiyyə edib. "21" adlı albomuyla bütün dünyada uzun müddət musiqi siyahılarının zirvəsindən enməyən müğənni Adeleni anası tək başına böyüdüb. "Sunday Mirror"ya müsahibə verən Adelenin Briqtonda 2.5 milyon sterlinq, Londonun cənub-qərbində isə 5.6 və 1.1 milyon sterlinq dəyərində üç mənzili var. Adelenin "21" albomu, 2012-ci ildə də ABŞ-da ən çox satılan albom olub. Albomun  2 il üst-üstə uğur qazanması "rekord" xarakteri daşıyır.  2011-ci ildə 5.8 milyon, 2012-ci ildə də 4.4 milyon satış rəqəminə çatan "21" adlı albom, 10 milyonu noyabr ayında keçib. "Billboard" musiqi jurnalı tərəfindən də 2012-ci ilin ən yaxşı sənətçisi seçilən Adele, son olaraq Ceyms Bond ardıcıllığının son filmi "Skyfall"un musiqisini ifa edib. Şəxsi həyatı ilə bağlı xatırladaq ki, Adele həyat yoldaşı Simon Koneçki ilə 2011-ci ildə ortaq yoldaşları vasitəsilə tanış olub. Oktyabr ayında ana olan Adele, oğluna Angelo Ceyms adını verib. Koneçkinin keçmiş evliliyindən 5 yaşında bir qızı var.