Əlaqə Arxiv
news Image
2017.03.17
12:25
| A A A
Beren Saatın yeni serialı bəlli oldu

Aktrisa Beren Saatın yeni rolu açıqlanıb. 

Movqe.az-ın axşam.az-a istinadən məlumatına görə, "Medyapım"ın hazırladığı “Qadın” serialında baş rolda çəkiləcək. 

B.Saat serialda həyat yoldaşını itirmiş, 2 uşağı ilə tək qalan bir qadını canlandıracaq. 

Serialın ssenarisi yapon istehsalı olan və Yuji Sakamoto tərəfindən yazılan "Woman"dan götürülüb. "Medyapım" bundan əvvəl Y.Sakamotonun yazdığı "Mother" serialının da yerli "Anne" adlı versiyasını çəkib.

Beren bundan başqa bu il İlker Kaleli ilə bir filmdə də oynayacaq. 

Xatırladaq ki, aktrisa ən son “Möhtəşəm yüz il: Kösəm” serialı ilə tamaşaçı qarşısına çıxıb.

Sizin Reklam Yeriniz