Əlaqə Arxiv
news Image
2017.03.17
12:33
| A A A
Kamil Zeynallı üzr istəyəcək - Jurnalist xanım məhkəmədə qalib gəldi

İdmançı Kamil Zeynallı və jurnalist Əfruzə Ağayeva arasında baş verən məhkəmə başa çatıb. Movqe.Az xəbər verir ki, jurnalist Əfruzə Ağayevanın tələbi "Kamil Zeynallı söydüklərinə görə məndən instagramda, video rolikdə və xəbər saytlarına müsahibəsində üzr istəsin" iddiası təmin olunub.

Bu barədə jurnalist Əfruzə Ağayeva məlumat verib: "Demişdim axı, Kamil Zeynallı sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm, yenidən appelasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim K.Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Amma Şəbnəm xanım etiraf edib və səs yazısı da var ki, deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin".

Məsələ barədə hüquqşünas Vüqar Səfərli daha ətraflı məlumat verib:

Bu gün Bakı şəhəri Xətai rayon mehkəməsində hakim Namidar Misirzadənin sədrilyi ilə, ilkin idda üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "BİG.AZ" saytının baş redaktoru Ağayeva Əfruzə Məmmədhənifə qızının ilkin iddia üzrə cavabdeh Zeynallı Kamil Heybet oğluna qarşı" Şərəf və ləyaqəti, isgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə, qarşılıqlı iddia üzrə Zeynallı Kamilin Ağayeva Əfruza qarşı eyni tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq ilkin iddiaçı Ağayeva Əfruzə Məmmədhənifə qızının iddia tələbini qismən təmin etdi. Zeynallı Kamilin Ağayeva Əfruzənin ünvanına, özünün şəxsi "instagram" səhifəsində, xəbər saytlarında küçə söyüşlərinə görə, Ağayeva Əfruzədən müvafiq olaraq , instagramda və xəbər saytlarında üzr istəməsi və həmin təhqiramiz ifadələrə görə təkzib verməsi iddiası qəbul olunub. Ağayeva Əfruzənin iddia tələbinin qalan hissəsində yəni 50.000 manat dəymiş mənəvi zərərin ödənilməsi prosesinin rədd edilməsi, qarşılıqlı iddia üzrə iddiaçı Zeynallı Kamilin qarşılıqlı iddia tələbinin qismən təmin olunması yəni BİG.AZ saytında aparıcı Şəbnəm Hüseynovanın "Kamilin mənə söydüyü söyüşlər onun nəslindəki xanımlara getsin" başlıqlı xəbərin təkzib olunması və qarşılıqlı iddianın qalan hissədə yəni mənəvi zərərin əvəzi kimi Ağayeva Əfruzədən 100.000 manat pulun tələbi hissəsində rədd edilməsi barədə qərar qəbul edildi.

Hesab edirəm ki, məhkəmə elə qismən ədalətli qərar qebul etmiş oldu. Belə ki, Kamil Zeynallının, Ağayeva Əfruzənin ünvanına özünün instagram səhifesində və xəbər portallarında yazdığı dilə gəlməyən küçə söyüşlərinə göre Kamil Zeynallının Ağayeva Əfruzədən müvafiq olaraq instagramda ve xəbər portallarında üzr istəməsi qüvvədə olan qanunvericilyimizin tələblərinə , insan və vətəndaş hüququ azadlıqları prinsipinə uyğundur. Bu, bir daha nümunə olmalıdır ki, qanunun aliliyi gözlənilmir və dəigərlərinin şərəf və ləyaqətini alçaltmağa yönəlik əməllərlə məşğuldurlar.

Kamil Zeynallı "BİG.Az saytının jurnalisti Ağayeva Əfruzəni küçə söyüşləri ilə təhqir etdikdən sonra mətbuatda dəfələrlə özünə haqq qazandırmış və Ağayeva Əfruzədən üzr istəməyəcəyini bildirmişdir. Məhkəmənin qərarı isə onun. Əfruzədən üzr istəməlidir və həmin təhqiramiz ifadələri təkzib verməsi yönündədir".

 

Sizin Reklam Yeriniz