Əlaqə Arxiv
news Image
2017.03.17
13:07
| A A A
Xoşqədəm Azərbaycanın ən yaxşı aparıcısı seçildi

"Səni axtarıram" verilişinin layihə rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızı Türkiyədə beynəlxalq mükafata layiq görülüb.

BiG.AZ-ın məlumatına görə, o, qardaş ölkədə Azərbaycanın ən yaxşı televiziya aparıcısı seçilib. Mükafatlandırma mərasiminə həyat yoldaşı, müğənni Doğuşla qatılan aparıcı övladlarının vətənindən mükafat almağın onun üçün çox önəmli olduğunu diqqətə çatdırıb:

"Ən böyük iki mükafatı Azərbaycanda media sektorunda xidmətlərimə görə Prezident tərəfindən almışam. Ancaq bu mükafat da mənim üçün çox önəmlidir. Çünki qardaş Türkiyədən, uşaqlarımın vətənindən aldığım mükafatdır. Allah türkü qorusun!"

Mükafatlandırma mərasimindən sonra Hidayətqızı təəssüratlarını belə paylaşıb:

""Səni axtarıram" ağır layihədir. Bu proqramın Türkiyədə də belə qiymətləndirilməsi bu layihəni 7 il əvvəl yaradan biri kimi mənimün çox qürurvericidir. "Səni axtarıram" heyətini təbrik edirəm. Bu mükafatı onlar üçün almışam. Proqramın yaranmasında əməyi keçən hər kəsə minnətdaram".

ölkə.az

Sizin Reklam Yeriniz