Əlaqə Arxiv
news Image
2017.03.18
21:47
| A A A
Hadisenin 2 milyonluq reklam çəkilişi

Türkiyəli müğənni Hadisenin ayaqqabı markası ilə 2 milyona anlaşdığı deyilir. 

Movqe.az  xəbər verir ki, son olaraq oynadığı toyuq reklamından 1.5 milyon aldığı danışılan müğənninin bu dəfə ayaqqabı mağazalar zəncirinin üzü olacağı öyrənilib. Uzun müddətdir danışıqlar aparan Hadise və firmanın 2 milyon TL-ə (təxminən 1 milyon AZN) anlaşdığı bildirilib. Çəkilişlər üçün yaxın günlərdə kamera qarşısına keçməyə hazırlaşan müğənninin oynadığı reklam filmi aprel ayında ekrana gələcək. Hadisənin son dövrdə reklam üzü olduğu firmalardan cəmi 5 milyon TL aldığı iddia edilib.(primeTime.az)

Sizin Reklam Yeriniz