Əlaqə Arxiv
news Image
2017.03.30
14:49
| A A A
Modellə evli olan əməkdar artist ata oldu - FOTO

Azərbaycanın əməkdar artisti Tahir İmanov ata olub. Movqe.az axsam.az-a istinadən xəbər verir ki, Nigar adlı keçmiş modellə ailə quran aktyorun qızı dünyaya göz açıb. Dostları aktyoru sosial şəbəkədə təbrik ediblər. Qeyd edək ki, T.İmanovun toyu 2015-ci ilin dekabrın 26-da keçirilib. Aktyorun həyat yoldaşı Nigar 1991-ci il sentyabrın 22-də Mingəçevir şəhərində anadan olub. 2008-ci ildə "Best Model Azerbaijan" müsabiqəsində "Miss Grace" nominasiyasına layiq görülüb. 2010-cu ildə “Best Model Azerbaijan” müsabiqəsində 2-ci yerə çıxıb və “Miss Xəzər” nominasiyasını qazanıb. 2011-ci ildə "Qaranlıqlar çiçəyi" filmində çəkilib.

Sizin Reklam Yeriniz