Əlaqə Arxiv
news Image
2017.05.29
11:30
| A A A
Əlil qadını seks köləsi kimi saxladı, "mükafat" əvəzi "şokolad" verdi - FOTO

Şimali İrlandiyada dəhşətli hadisə baş verib.

Movqe.az  milli.az-a istinadla bildirir ki, evlərində 8 il boyunca əlil qadını saxlayıb, onu seks köləsi kimi işlədən, iyrənc yataqda saxlayan ər və arvad həbs olunublar.

Şimali İrlandiyada yaşayan 61 yaşlı Keith Baker və 56 yaşlı arvadı Karolina öz qurbanlarını işıq düşməyən, xalçasız otaqda saxlayıb, yorğansız köhnə yataqda yatırıblar. Onlar qadın qaçmasın deyə, qapının dəstəyini də qoparıblar.

 

Polislər qadını tapanda o, bir dəri-bir sümük qalıb, ağzında iki dişi olub. Buna səbəb isə ər-arvadın qurbanlarına ancaq şokolad və şirniyyat yedirməsi olub. Cinayətkarlar qadını yaxşı "işlədiyinə" görə şirniyyatla "mükafatlandırıblar".

Qonşular evdə qadına qarşı belə işgəncələrin edilməsindən xəbərsiz olublar.

Polisə qadının yoxa çıxması barədə məlumat hələ 2004-cü ildən verilib. 

8 ildir istismar edilən qadın dağınıq və natəmiz otaqda saxlanılıb. Ona həftədə, sadəcə, bir dəfə yuyunmağa icazə verilib.

Onu evdə saxlayan kişi otağa kamera yerləşdirib və qadını dəfələrlə zorlayıb. Kişi özü zorlamağı azmış kimi, qadını dostlarına da satıb.

Bütün bunlar məlum olduqdan sonra, kişi 25 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, o, qadınla Britaniyada, işlədiyi xəstəxanada tanış olub və onu evinə dəvət edib. Kişi zorla saxladığı qadını cinsi istismar edib və onu dostlarına satarkən kameraya çəkib.

 

Sizin Reklam Yeriniz