Əlaqə Arxiv
news Image
2017.04.26
12:23
| A A A
60 yaşlı azərbaycanlı polkovnik 4-cü dəfə evləndi - Foto

Polkovnik, Hərb Tarixi Muzeyinin rəhbəri Əzizağa Qənizadə 4-cü dəfə ailə həyatı qurub.

Movqe.az-ın A24.az-a istinadən məlumatına görə, Ə. Qənizadə muzeydəki iş yoldaşı Gülşən Hüseynova ilə evlənib. Ə.Qənizadə 1957-ci il təvəllüdlü (60 yaş), həyat yoldaşı isə 1985-ci il təvəllüdlüdür (32 yaş).

Polkovnik Ə. Qənizadə Əfqanıstanda və Qarabağda döyüşlərində iştirak edib. 1992-1993-cü illərdə Qarabağda gedən döyüşlərdə reyd taborunun komandiri, 1993-cü ilin əvvəllərində 701 saylı briqadanın komandiri olub. O, Bakı Ümumqoşun Komandirləri Məktəbində Müdafiə naziri Zakir Həsənovla bir yerdə təhsil alıb.

 



Sizin Reklam Yeriniz