Əlaqə Arxiv
news Image
2012.04.25
13:10
| A A A
İran neft terminalına viruslu hücum

Mövqe.Az BBC-ə istinadən xəbər verir ki, İran neftin ötürülməsi sistemini hədəf alan bir kompüter virus proqramı səbəbiylə bazar günü sistemi bağlamaq məcburiyyətində qalıb.

Virusun İran Neft Nazirliyinin və Neft Şirkətinin kompüter sisteminə zərər vurduğu güman edilir.

Hadisəyə qarşı tədbir görülərək, Xarg adasında və digər neft müəssisələrində internet əlaqəsi kəsilib.

Mehr xəbər agentliyinin bildirdiyinə görə, bu viruslu hücum neft istehsalına təsir etməyib.

Lakin İran Neft Nazirliyi və Milli Neft Şirkətinin internet saytları virus nəticəsində darmadağın edilib.

Bazar ertəsi Nazirliyin internet saytı istifadəyə verilərkən, Neft Şirkətinin saytının hələ istifadədən kənar olduğu bildirilib.

Neft Nazirliyindən bir səlahiyyətli şəxs virus nəticəsində saytla bağlı məlumatların oğurlandığını söyləyib.

İranın neft sənayesi ilə bağlı əsas məlumatlar internetə bağlanmayan kompüterlərdə saxlandığına görə etibarda olduğu bildirilib.

Xarg Adasındakı neft terminalı İranın neft ixracının 90 faizini idarə edir.

Bu hadisədən sonra problemlərlə maraqlanmaq və təhlükəsizliyi artırmaq məqsədi ilə "siber böhran komitəsi" nin fəaliyyətə başladığı söylənilib.

Bu komitə 2010-cu ildə İranın nüvə proqramını hədəf alan Stuxnet virusu hücumundan sonra yaranıb.


Ziba Yusifova


Sizin Reklam Yeriniz