Əlaqə Arxiv
news Image
2017.04.28
15:54
| A A A
Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərləri prezidentlər səviyyəsində aparılmış substantiv danışıqları müzakirə ediblər

28 aprel tarixində Moskvada Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun təşəbbüsü və dəvəti əsasında Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirinin üçtərəfli görüşü keçirilib.

Xarici işlər nazirlərinin Moskva görüşü barədə Trend-ə Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Görüşdə keçən il Vyana və Sankt-Peterburqda keçirilmiş görüşlər əsnasında Prezidentlər səviyyəsində aparılmış substantiv danışıqlar ətraflı müzakirə edilib.

Aparılmış üçtərəfli müzakirələrin nəticələri xarici işlər nazirləri tərəfindən aidiyyəti üzrə dövlət başçılarına məruzə ediləcək.

Sizin Reklam Yeriniz