Əlaqə Arxiv
news Image
2017.05.01
12:44
| A A A
Düşmən 4 ayda atəşkəsi 9885 dəfə pozub

Erməni silahlı bölmələri ilin ilk 4 ayında atəşkəs rejimini 9885 dəfə pozub.

Movqe.az-ın Azərbaycan Müdafiə Nazirliyinin yayıdığı rəsmi məlumatlar əsasında apardığı monitorinqin nəticələrinə görə, düşmən son iki ayda atəşkəs rejimini pozma hallarını 3 dəfəyə qədər artırıb. 

Erməni silahlı bölmələri atəşkəs rejimini yanvarda 1063 dəfə pozub. Həmçinin yanvar ayında erməni tərəfi cəbhədə və Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti növbəti dəfə məqsədyönlü şəkildə gərginləşdirməyə cəhd edərək təxribata əl atıb. Cavab tədbirləri nəticəsində düşmən susdurulub, cəbhəboyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altında olub.

Bundan başqa yanvarda Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

Erməni silahlı bölmələri atəşkəs rejimini fevralda 1266 dəfə pozub. Fevral ayında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu bir neçə dəfə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstəriblər. Əməliyyat şəraitinə uyğun olaraq dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin kəşfiyyat-diversiya qrupu, müxtəlif mühəndis qurğuları, atəş nöqtələri, düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitələri Azərbaycan Silahlı Qüvvələrinin sərrast atəşi ilə məhv edilib. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Erməni silahlı bölmələri atəşkəs rejimini fevralda 3964 dəfə pozub. Mart ayında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib. Düşmən canlı qüvvə sarıdan xeyli itki verib. Eyni zamanda, cəbhənin Ağdərə-Tərtər istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib. Dərhal görülən tədbirlər nəticəsində düşmənin canlı qüvvəsi məhv edilib və o, geri çəkilməyə məcbur olub. Ötən ay Ermənistan silahlı qüvvələrinə məxsus hərbi-nəqliyyat vasitəsi də dəqiq atəşlə məhv edilib. Ermənistan silahlı qüvvələrinin dayaq məntəqəsinə vurulan artilleriya atəşi nəticəsində isə düşmən 5 nəfərədək itki verib.

Erməni silahlı bölmələri atəşkəs rejimini apreldə 3592 dəfə pozub. Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirib. Ermənistan hava hücumundan müdafiə bölmələri tərəfindən cəbhənin Xocavənd-Füzuli istiqamətində “OSA” zenit raket kompleksindən istifadə edilib. Buraxılan idarəolunan raket heç bir hədəfə dəymədən nəzarətimizdə olan ərazidə boş sahəyə düşüb.

Sizin Reklam Yeriniz