news Image
2017.05.02
09:15
| A A A
Azərbaycana qarşı bitməyən qərəz
Mais Səfərli: “Bu və ya digər dövlətlərin təsir dairəsinə daxildirlər, onların donorları tərəfindən maliyyələşirlər” Şahin Camalov: “Azərbaycan gücləndikcə, bu cür hücumlar qaçılmazdır”

"Sərhədsiz reportyorlar" və “Freedom House”  açıqladıqları son hesabatlarda  yenə də Azərbaycana qara yaxmaq prinsiplərindən əl çəkmədiklərini göstərdilər. Diqqəti çəkən odur ki, sözügedən təşkilatlar son hesabatlarında da Azərbaycana ancaq qərəzli  mövqedən yanaşıblar. 

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, əslində, bu cür beynəlxalq təşkilatlar müstəqil deyillər: “Bu və ya digər dövlətlərin təsir dairəsinə daxildirlər, onların donorları tərəfindən maliyyələşirlər. Azərbayan müstəqil siyasət aparır. Bu isə, bir sıra dövlətləri qıcıqlandırmaya bilməz. Onlar ən azından Azərbaycanı öz dairələrinə cəlb etməyə çalışırlar ki, Azərbaycana diktələrini edə bilsinlər. Amma Azərbaycan Prezidenti yalnız Azərbaycan dövlətinin maraqlarını əsas tutur. Bu da  həmin dövlətlərdə Azərbaycana qarşı qısqanclıq yaradır. 
Ümumiyyətlə, ölkəmizdə güclü inkişaf var. Dünyada iqtisadi böhran yaşansa da, bizdə hiss edilmədi. Bütün bunlar həmin dövlətlərə xoş gələ bilməz. Belə olan halda ölkəmizdə aranı qarışdırmağa çalışırlar. Xüsusən də ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyandan bəri bu qərəz müşahidə olunmaqdadır. Bunun üçün ciddi monitorinq aparmağa ehtiyac yoxdur. Azərbaycanda insan haqqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi, demokratik seçki ənənəsinin formalaşması, azad mətbuat, ona dövlət qayğısı buradakı demokratik inkişafın göstəriciləridir. Bütün bunları  görməmək təşkilatların qərəzli olmasından xəbər verir. Odur ki, qərəzi Azərbaycanın müstəqil siyasət aparması ilə əlaqələndirmək olar. Ancaq onların hesabatları Azərbaycanı öz inkişaf yolundan döndərə bilməz”. 
İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov bildirdi ki, müasir dövrün ən böyük problemi ikili standartlardır: “Avropa ölkələrinin və da digər güclü dövlətlərin nikişaf etməkdə olan, yeni müstəqillik qazanmış dövlətlərə qarşı belə birtərəfli, mənəviyyatsızcasına hücumları dırnaqarası hüquq müdafiəsi təşkilatlarının fəaliyyətində açıqca görünür. Bu təşkilatların da maliyyə dəstəyi hansısa dövlətin maliyyə fondu olduğuna görə, ölkələr qərəzli hücumlardan yaxa qurtara bilməyəcəklər. Ona görə də bu ittihamlar nə birinci, nə də sonuncu deyil. Amma sual etmək lazımdır, Avropanın özündə insan hüquqları problemi yoxdurmu? Çox təəssüf ki, Azərbaycanda faktiki olaraq, cinayət üstündə tutulmuş jurnalistin həbsini də siyasiləşdirirlər. Bu, məntiqsiz, qərəzli addımlardır. Həmişə belə olub və olacaq. Azərbaycan gücləndikcə, bu cür hücumlar qaçılmazdır. Ona görə ciddi reaksiya verəriksə,  onları bir qədər də həvəsləndirmiş oluruq”. 
 

Mübariz BAYRAMOV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs