news Image
2017.05.04
09:30
| A A A
Cəbhədə gərgin gecə

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 122 dəfə pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə və Noyemberyan rayonunun Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Cəfərli və Quşçu Ayrım kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz və Aşağı Veysəlli kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs