news Image
2017.05.04
14:21
| A A A
"Eurasia Review": Ümumdünya Forum iştirakçıları Naxçıvanda mədəniyyətlərarası dialoqun ənənələri ilə tanış olacaq

4-6 may tarixlərində Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə IV Ümumdünya mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Movqe.az-ın məlumatına görə, bu, ABŞ-ın Markett Universitetinin beynəlxalq münasibətlər üzrə eksperti Piter Teysin “Eurasia Review” saytındakı məqaləsində deyilir.

Müəllif yazır ki, Forumla əlaqədar Bakıya çoxlu sayda nüfuzlu beyəlxalq nümayəndə heyəti gələcək. Forumun bağlanışından sonra qonaqlar Naxçıvan Muxtar Respublikasına da səfər etməlidirlər.

P.Teysin sözlərinə görə, Naxçıvan 20 ildən çoxdur ki, ağır iqtisadi blokada ilə üzləşməsinə baxmayaraq, bölgə rəhbərliyi tarixi və mədəni abidələrin bərpası sahəsində böyük uğurlara imza atıb.

Müəllifin fikrincə, beynəlxalq nümayəndə heyətləri Naxçıvanda Azərbaycan tarixinin nəbzini tutaraq, mədəniyyətlərarası dialoq sahəsində öz dünyagörüşlərini daha da artıracaqlar.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs