Əlaqə Arxiv
news Image
2017.05.04
15:40
| A A A
Bolqarıstanın yeni baş nazirinin adı açıqlanıb
O, 2016-cı ilin noyabrında keçirilən prezident seçkisində məğlub olub

Bolqarıstanın yeni Baş naziri Boyko Borisov olub. “Movqe” TASS-a istinadən xəbər verir ki, o, “Bolqarıstan Vətəndaşları Avropanın İnkişafı Uğrunda” Partiyasının lideridir.

Bu il mayın 4-də ölkə parlamentində keçirilən iclasda 133 deputat onun lehinə, 100 deputat isə əleyhinə səs verib.
Xatırladaq ki, 2016-cı ilin noyabrında Bolqarıstanda keçirilən prezident seçkisində Boyko Borisov məğlub olub. Bu il martın 26-da keçirilən parlament seçkilərində isə onun partiyası qalib gəlib. 

Sizin Reklam Yeriniz