Əlaqə Arxiv
news Image
2017.05.04
16:10
| A A A
Sorğu: Əhalinin 81 faizi Putini dəstəkləyir

Rusiya prezidenti Vladimir Putinin fəaliyyətini ölkə əhalisinin 81,6 faizi dəstəkləyir.Movqe.az-ın "lenta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə İctimai Fikrin Öyrənilməsi üzrə Ümumrusiya Mərkəzinin apardığı sorğuda göstərilir. Sorğu bu ilin 24-30 aprel tarixlərini əhatə edir. Martın sonu, aprelin əvvəlində bu rəqəm 82,7 faiz, aprelin ortalarında isə 80,9  faiz olub.

 
Baş nazir Dmitri Medvedevin fəaliyyətini sorğuda iştirak edən 4 min 200 vətəndaşdan 52,1 faizi dəstəkləyib. Hökumətin işini ümumilikdə 56 faiz respondent qənaətbəxş sayır.
 
Sorğuda iştirak edən rusiyalıların 48,7 faizi Vladimir Putinə, 16,1 faizi  Dmitri Medvedevə, 15,8 faizi isə müdafiə naziri Serqey Şoyquya etibar etdiklərini bildiriblər. 

Sizin Reklam Yeriniz