news Image
2017.05.05
13:09
| A A A
"Terroru qəti şəkildə pisləyirik" - Azərbaycan XİN

"Ekstremizmi aradan qaldırmaq üçün təhsil və idman olduqca önəmlidir"

Movqe.az xəbər verir ki, bunu "Dialoqun təşviqi və körpülərin qurulması:Zorakı ekstremizmin qarşısı almaq üçün vasitələr" adlı plenar sessiyasıda çıxışı zamanı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib.

"Bizim ölkəmiz dəhşətli terr aktlarından əziyyət çəkib. Terroçulağa qarşı mübarizə bəzi hallarda dini abidələr, mədəniyyətə hücumla nəticələnir. Bəzi siyasətçilər də öz populist çıxışlarında bu faktorlardan istifadə edirlər. Bu da təqdirə layiq hal deyil. Ekstremizmi aradan qaldırmaq üçün təhsil və idman olduqca önəmlidir. Bu iki element olmasa, dinin qruplaşmalar gəncləri öz tərəflərinə asanlıqla çəkə biləcək. Terror təşkilatları qaçqın və məcburi köçkünlər, miqranları hədəf kimi seçir, bu insanları öz tərəflərinə cəlb edirlər. Hesab edirəm ki, bu konfrans yeni düşüncələr üçün yaxşı zəmin yaradacaq. Beynəlxalq ictimaiyyət daha əvvəl bu istiqamətdə başladığı işi sona qədər davam etdirməlidir"-deyə Məmmədyarov vurğulayıb.