Əlaqə Arxiv
news Image
2017.05.05
13:17
| A A A
ATƏT PA-nın prezidenti Azərbaycana gələcək

ATƏT Parlament Assambleyasının prezidenti Kristina Muttonen Azərbaycana gələcək.

Movqe.az-ın xəbərinə görə, bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.

Onun sözlərinə görə, səfərin əvvəlcə yay sessiyasından əvvəl reallaşması nəzərdə tutulurdu: “Lakin onun proqramının sıxlığı ilə bağlı bu, mümkün olmadı. ATƏT-in Parlament Assambleyasının prezidenti Kristina Muttonen çox güman ATƏT PA-nın yay sessiyasından sonra, yəqin ki, payızda Azərbaycana gələcək. Səfər yay sessiyasından sonra baş tutacaq. Tarix hələlik dəqiqləşməyib”.

Sizin Reklam Yeriniz