Əlaqə Arxiv
news Image
2017.05.05
15:11
| A A A
Mehriban Əliyeva ISESCO baş direktoru ilə görüşüb

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüblər.
Movqe.az-ın məlumatına görə, görüşdə ISESCO-nun xoşməramlı səfiri M. Əliyeva qurumun baş direktorunu yenidən Bakıda görməkdən şad olduğunu bildirib, Azərbaycanla təşkilat arasında səmərəli əməkdaşlığın qurulduğunu deyib.
 
M. Əliyeva IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində aparılacaq müzakirələrin dünyanı narahat edən bir çox məsələlərin həllinə töhfə verəcəyinə əminliyini bildirib.
 
ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri yenidən Bakıda olmaqdan məmnunluğunu ifadə edib. O, Forumun gündəliyində olan məsələlərin qlobal əhəmiyyət daşıdığını vurğulayıb.
 

Sizin Reklam Yeriniz