news Image
2017.05.05
15:37
| A A A
Tramp Əfqanıstana 3 minlik ordu göndərir

ABŞ-ın Müdafiə Nazirliyi Əfqanıstana əlavə qoşun göndərmək niyyətindədir.

Movqe.az-ın azvision.az-a istinadən  məlumatına görə, Pentaqonun gələn həftə ABŞ prezidenti Donald Trampa təqdim etmək istədiyi plan Əfqanıstanda yaranan vəziyyətdən “çıxış yoluna” yönəlib. Bəzi ABŞ KİV-ləri söhbətin Əfqanıstana əlavə olaraq 3 min hərbçinin göndərilməsindən getdiyini yazırlar.

Ağ evin bu planı təsdiq edəcəyi təqdirdə Əfqanıstana göndəriləcək dəstək qüvvələri yerli hərbçilər və polis qüvvələrinin təlimi və “Taliban” hərəkatına qarşı mübarizədə NATO-nun başçılıq etdiyi missiyada iştirak edəcək.

2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu “Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşmasının fəallaşması da müşahidə olunur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs