news Image
2017.05.05
17:38
| A A A
"Mədəniyyətlərarası dialoq qlobal problemləri həll etməyə kömək edə bilər"

"Bu gün dünyada çox hadisələr baş verir və IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlər qlobal problemlərin həlli üçün faydalı ola bilər".

Movqe.az Trend-ə istinadən xəbər verir ki, bunu IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Macarıstanın Xarici iqtisadi əlaqələr və xarici işlər nazirliyinin mədəniyyət və elm diplomatiyası üzrə dövlət katibi İştvan İydyaro deyib.

O bildirib: "Bu forum çox vacibdir, belə ki, dialoqsuz irəli getmək mümkün deyil. Ümid edirəm ki, forum bütün dünya insanlarını birləşdirməyə davam edəcək".

Onun sözlərinə görə, iki ölkə arasında dövlətlərarası münasibətlər yüksək səviyyədədir və iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial var.

O əlavə edib: "Biz bu iş üzərində işləyirik, turizm əlaqələrinin səviyyəsini artırırıq. Ötən il Azərbaycandan 5000 turist Macarıstana səfər edib".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs