news Image
2017.05.06
11:40
| A A A
Əli Həsənov: Azərbaycanın yürütdüyü siyasət dialoqu gücləndirmək, islam həmrəyliyinə nail olmaqdır

"Keçən il Azərbaycanda "Multikulturalizm İli", bu il "İslam Həmrəyliyi İli" elan olunub. Azərbaycanın yürütdüyü siyasət xalqlar, dövlətlər, millətlər arasında mədəni və dini fərqlərə baxmayaraq, dialoqun gücləndirilməsi, islam həmrəyliyinə nail olunmasıdır".

Movqe.az-ın  məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov jurnalistərə deyib.

Ə.Həsənov vurğulayıb ki, Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan dövlətinin bu sahədə elan edilən siyasətinə uyğundur.

PA rəsmisi qeyd edib ki, Azərbaycan turizmi inkişaf etdirmək siyasəti yürüdür: "Bura gələn nümayəndə heyətlərinin üzvləri, ailə üzvləri və dostları potensial turistlərdir. Onlar Azərbaycanda inkişafı, sabitliyi, dünyəviliyi, xalqımızın qonaqpərvərliyini görürlər. Bu baxımdan bu tədbirin çox böyük əhəmiyyəti var. Azərbaycan Prezidentinin Forumda çıxışı Azərbaycanın regionda və dünyadakı yürütdüyü proqram xarakterli siyasəti anlatdı. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı və aparılan müzakirələr göstərir ki, Azərbaycan bu Forumdan maksimum istifadə edir ".